mobil versiya

Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə sərhəddə görüşməyə hazırdır: “Belə bir təklif vermişik”


“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının artıq sərhəddə iki görüşü olub:
“Prinsip etibarilə hər hansı bir həssalıq yaratmamaq şərti ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və nümayəndə heyətləri də dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimzdən səslənib. Vaxt uyğun olduğu zaman belə bir görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi perspektivinə gəldikdə isə, niyə də yox. Düşünürəm ki, gec-tez bunu da görəcəyik”.
C.Bayramov bildirib ki, həssas mövzular müzakirə olunan zaman Ermənistan-Azərbaycan konteksində məsələnin tarixinə baxılır: “Belə olan məqamda burada nəticə əldə etmək çətindir, ancaq prosesə zərbə vurmaq xeyli asandır. Ona görə də bu kontekstdə mənfi ritorika ziyanlıdır. Düşünürəm ki, Ermənistan tərəfi də ən azından sözdə ifadə etdikləri müsbət inkişafa nail olmaq istəyirlərsə, buna nəzarət etməlidirlər. Ritorika ilə yanaşı qeyri-ardıcıllıq da məsələyə böyük ziyan vurur. Biz təəssüf ki, tez-tez mövqenin dəyişməsinin şahidi oluruq. Ancaq bir xətt olmalıdır. Lakin az da olsa, son zamanlar nikbin mesajlar eşidilir, güman edək ki, bu davam edəcək”.
“Ermənistan tərəfindən göndərilən təkliflər və bizim cavanlarımız barədə detalları açıqlamağı ziyanlı hesab edirəm. Ona görə açıqlamaq istəmirəm”, - nazir bildirib.
O söyləyib ki, tərəflər arasında fikir ayrılığı mövcuddur: "Amma ciddi fikir ayrılıqların olan maddələrin sayında azalma var. Bunu Ermənistandan aldığımız son təkliflər paketi də göstərir. Sülhə nə qədər yaxın olduğumuzu demək çətindir. Sülh üçün ciddi siyasi iradə olsa, bu qısa müddətdə əldə oluna bilər. Əks halda isə proses uzana-uzana davam edəcək”.(report)


KARUSEL / SİYASƏT
Tarix: 28-12-2023, 17:03