mobil versiya

Narkokuryer saxlanılıb


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində saxlanılan narkokuryerdən 3 kiloqrama yaxın marixuana aşkar edərək götürüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 10-01-2024, 17:03