mobil versiya

Latviya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir




Latviya xarici işlər nazirliyi katibinin müavini, siyasi direktor Andjejs Viyumsons Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ilə görüşüb və o,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Latviya xarici işlər naziri Krisjanis Karinsə Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu təqdim edib.

Görüşdə Andjejs Viļumsons və Elnur Sultanov ikitərəfli münasibətləri yüksək qiymətləndirib və Latviya ilə Azərbaycan arasında 2017-ci ildə başlanmış Strateji Tərəfdaşlıq sayəsində müntəzəm siyasi dialoqun davam etdirildiyini, həm iqtisadiyyatda, həm də digər sahələrdə dinamik əməkdaşlığın inkişaf etdirildiyini qeyd ediblər.

Xatırladaq ki, Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.


KARUSEL / SİYASƏT
Tarix: 12-01-2024, 10:23