mobil versiya

Seçicilərə bildirişlərin paylanması müddəti yekunlaşır



Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır.
Secki-2024.az xəbər verir ki, bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır.
Belə ki, səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər seçicilərə paylanmalıdır.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

KARUSEL / SİYASƏT
Tarix: 29-01-2024, 09:53