mobil versiya

Təcridxanaya mandarinin içində narkotik keçirilməsinin qarşısı alınıb



Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətindən verilən xəbərə görə, həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 1-02-2024, 13:00