Münxendə İlham Əliyevlə Almaniya Kansleri arasında görüş olacaq
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.
Bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.
“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - Olaf Şolts yazıb.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.
KARUSEL / SİYASƏT
Tarix: 15-02-2024, 15:47