Səfir: " 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub"

Küveyt Dövlətinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, Küveytin ölkəmizdəki səfiri Abdullah Məhəmməd Abdullah əl-Mauidi çıxışında ölkələrimiz arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu söyləyib. Bildirib ki, Küveytlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyur: "Biz, həmçinin bu il iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik".

Diplomat qeyd edib ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub. Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var.

O bildirib ki, Azərbaycan-Küveyt dostluğu tarixi və mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədədir: "Azərbaycanla Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələri var. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk".

KARUSEL / SİYASƏT
Tarix: 23-02-2024, 19:45