Səfir: “Azərbaycanda 77 Koreya şirkəti sənaye, tikinti, ticarət, xidmət və nəqliyyat sahələrində fəaliyyət göstərir”
Koreya Respublikasının Milli Günü və Silahlı Qüvvələr Günü, həmçinin Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bu ölkənin Azərbaycandakı səfriliyi rəsmi qəbul təşkil edib.Hər iki ölkənin Dövlət himni səsləndirildikdən sonra sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində şəhid olan Azərbaycan ordusununun əsgərləri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Koreyanın ölkəmizdəki səfiri Li İn-Yonqçıxışında deyib ki, bu gün onlar üçün əlamətdar günlərdəndir. Belə ki, Koreya Dövlətinin Yaranması Gününün 4354 illik yubileyi, Koreya Silahlı Qüvvələr Gününün 74-cü ildönümü və ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi birgə keçirilir.
Azərbaycanla münasibətlərə toxunan diplomat deyib ki, ölkələrimiz arasında çoxlu ortaq cəhət mövcuddur. Hər iki ölkə bir çox çətinliklə üzləşib. Bununla belə, hər iki xalq öz xüsusi milli və mədəni kimliklərini qoruyub saxlayıb. Qarşılaşdıqları çətinliklərə baxmayaraq, öz xəzinələrini- mədəni kimliklərini qoruyub saxlayaraq, onlar, millətlərini daha da inkişaf etdirib. Bu ortaq cəhətlər əsasında, 1992-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra Koreya ilə Azərbaycan, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə davam edib.
Koreya Prezidenti Ro Mu Hyun-un 2006-cı il Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il Koreya səfərlərini xarırladan səfir deyib ki, bundan sonra ölkələrimiz arasında yüksək rütbəli dövlət rəsmilərinin səfərləri məhsuldar şəkildə davam edib: “Bu il iyul ayında xarici işlər nazirinin müavini Elnur Məmmədov, siyasi məsləhətləşmələrin dördüncü raundunda iştirak etmək üçün Koreyaya səfir edib. Bu səfər fikir mübadiləsi və qarşılıqlı öyrənmə üçün əla şans olub. Avqust ayında isə Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi So Byonq Su praktiki əməkdaşlığın istiqamətlərini müzakirə etmək üçün Azərbaycana gəlib, səfər, gələcəyə baxış formalaşdırmaq üçün dəyərli imkan olub”.
Səfir deyib ki, iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlıq yalnız enerji və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu əməkdaşlıq, bərpa olunan enerji, ağıllı şəhər layihələri kimi qeyri-neft sənaye sahələrinə doğru genişlənir. Bu yeni imkanlar, şübhəsiz ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin inkişafında töhvə verəcək.
Onun sözlərinə görə, son zamanlar, koreyalılar, “Odlar Yurdu” Azərbaycana daha çox maraq göstərir: “Biz çox şadıq ki, K-pop və Koreya serialları meylini izləməklə Koreya dilini öyrənən və Koreya mədəniyyətindən zövq alan azərbaycanlıların sayı getdikcə çoxalır”.
Səfir sonda əlavə edib ki, Koreya hökuməti Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafı üçün ürəkdən səy göstərməyə davam edəcək.
Azərbaycan hökuməti adından bayram münasibəti ilə Koreya xalqını təbrik edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulduğu gündən münasibətlər ötən dövr ərzində qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanan münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun şəkildə bu gün də inkişaf etməkdədir. Dövlətlərimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, iqtisadi, mədəni və siyasi əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə yüksəlməsində iki ölkənin rəhbərlərinin müxtəlif dövrdə rəsmi və işgüzar səfərləri mühüm rol oynayıb: “Bu günədək iki ölkə arasında siyasi, iqtisadi, sərmayələrin qorunması, elektron hökumət, nəqliyyatın intellektual idarəetmə sistemi, fövqəladə hallar və s. sahələrdə əməkdaşlığa dair 70 sənəd imzalanıb. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın ən böyük iqtisadi-ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycan ilə Koreya arasında ticarət dövriyyəsi 228 milyon ABŞ dolları təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi artımı təqribən 20% olub. Azərbaycan tərəfindən Koreyaya 1 milyard ABŞ dollarından çox sərmayə yatırılmışdır. Hazırda, Azərbaycanda 77 Koreya şirkəti sənaye, tikinti, ticarət, xidmət və nəqliyyat sahələrində fəaliyyət göstərir və digər sahələrə də sərmayələrin cəlb edilməsi üçün böyük potensial mövcuddur. Koreya şirkətləri ötən dövr ərzində Azərbaycanda həyata keçirilmiş irimiqyaslı layihələrin iştirakçısı olmuş, ölkə infrastrukturunun modernləşdirilməsində öz töhfələrini verib”.
Reportyor.az
SİYASƏT

Tarix: 6-10-2022, 14:06