mobil versiya

İndoneziya səfiri: “Iki ölkə arasında əməkdaşlıq daha da güclənib”


 

 

 

İndoneziya Respublikasının müstəqilliyinin 77-ci ildönümü və Azərbaycanla diplomatik əlaqələrin   qurulmasının 30-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. 

Əvvəlcə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində şəhid olan Azərbaycan ordusununun əsgərləri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir
 Hildi Hamid çıxış edərək İndoneziya ilə Azərbaycan arasında son 30 il ərzində uğurlu ikitərəfli münasibətlərdən danışıb: “Bu il iki qardaş ölkəmiz, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. 30 illik ikitərəfli münasibətlərimiz zamanın sınağından keçmiş və daim inkişaf edir. Hər keçən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik”.

İndoneziya-Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan İndoneziya səfiri onu da əlavə edib ki, son illər ərzində iki ölkə arasında əməkdaşlıq daha da güclənib. Ticarət həcmi yüksəlir və iki ölkə arasında qarşılıqlı səfərlər də artır. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznes forumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

Azərbaycan hökuməti adından İndoneziya xalqını təbrik edın kənd təsərrüfatı naziri İnam Kərimov iki ölkə arasında iqtisadi, ticarət və beynəlxalq təşkilatlar sahəsində güclü ikitərəfli əlaqələrin olduğunu vurğulayıb. Nazir, İndoneziyanın beynəlxalq çərçivədə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir:“Azərbaycan və İndoneziya gözəl şəhərlərə, zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir”.

Rəsmi hissə başa çatdıqdan sonra anqklunq, talemponq və sape kimi ənənəvi musiqi alətlərinin ifa olunub, müxtəlif ənənəvi rəqslər nümayiş edilib. Bu münasibətlə indanq (Qərbi Sumatra), enqanq (Kalimantan), ondel-ondel (Cakarta), topenq və puspancali (Bali) kimi beş ənənəvi İndoneziya rəqsi indoneziyalı rəqqas və İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən yüksək səviyyədə ifa olunub.

Tamaşaçılar ənənəvi İndoneziya mahnıları ilə yanaşı, həm də tanınmış Azərbaycan mahnılarını nümayiş etdirən ənənəvi musiqinin cəlbedici canlı ifasına şahid olmaqdan çox təsirləndilər.

Qəbul münasibətilə, qonaqlara İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilmişdi. Bu tədbirdə nasi goreng (qızardılmış düyü), bakso (İndoneziya küftəcikləri), toyuq satay və qado-qado kimi müxtəlif İndoneziya yeməkləri təqdim olunub. Tədbir, həmçinin qonaqlar tərəfindən çox müsbət qarşılandı və onlar İndoneziya ənənəvi rəqslərinin, musiqisinin və geyimlərinin zəngin müxtəlifliyinə heyran olduqlarını bildirib.

Reportyor.az 


SİYASƏT
Tarix: 7-10-2022, 09:43