mobil versiya

Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb




Fevralın 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kiloqram 535 qram marixuana; 1 kiloqram 15 qram metafetamin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 28-02-2024, 13:34