mobil versiya

Argentinanın XİN rəhbəri Rəmzi Teymurovu qəbul edib



Argentinanın xarici işlər naziri Diana Mondino Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurovu qəbul edib.
Bu barədə Argentinanın Azərbaycandakı səfirliyi sosial şəbəkə vasitəsilə xəbər yayıb.
Görüş əsnasında tərəflər iki ölkə arasında kənd təsərrüfatı texnikası və əczaçılıq məhsullarının ixracı, toxumçuluğun inkişafı və kənd təsərrüfatı və heyvandarlıq sahələrində texniki əməkdaşlıq baxımından bir-birini tamamlayan potensialı vurğulayıb.
Sonda hər iki tərəf ticari nümayəndəliklərin işinə təkan vermək və Hökümətlərarası İqtisadi-Ticari İşçi Qrupunun növbəti iclasını və hər iki ölkə arasında Siyasi Məsləhətləşmələr raundunu keçirmək barədə razılığa gəlib.

KARUSEL / SİYASƏT
Tarix: 7-03-2024, 12:17