Dekabrın 6-da Kişinyovda Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Moldova-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycandan həmsədri Məcnun Məmmədovla işgüzar görüş keçirib.
Bu barədə Moldovanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə məlumat yayıb.

Tərəflər, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edərək, kənd təsərrüfatı, energetika, nəqliyyat, təhsil, mədəniyyət, sosial müdafiə, turizm sahələrində ikitərəfli əlaqələri gücləndirmək arzusunu ifadə ediblər. Azərbaycan sərmayəsinin ölkəmizə iqtisadiyyata cəlb edilməsinə xüsusi diqqət yetirilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-11-2023, 16:02