mobil versiya

Şahin Mustafayev İran səfiri ilə görüşüb



Azərbaycan Respublikasının Baş nazirinin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvini qəbul edib.
Bu barədə İran səfirliyi məlumat yayıb.
Bildirilib ki, qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlər müzakirə olunub.
Bundan başqa, iki ölkə arasında əməkdaşlıq məsələləri, birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.

KARUSEL / SİYASƏT
Tarix: 14-11-2023, 10:42