mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb



Martın 9-10-da ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 11-03-2024, 09:50