XI Qlobal Bakı Forumu ikinci gününü panel iclaslarla davam etdirir
Azərbaycan paytaxtında keçirilən “Parçalanan dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu ikinci gününü panel iclaslarla davam etdirir.
Forumun ikinci günündə “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?”, “Həyatımızın maliyyələşdirilməsi: iqlim ədaləti” , “Hamı üçün sağlamlıq”, “ Regional hərbi və iqtisadi birliklərin rolu” adlı dörd panel iclası keçiriləcək.
Panel iclasları ilə yanaşı, BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis’in və Türkiyənin xarici işlər naziri Hakan Fidanın forum iştirakçılarına müraciəti gözlənilir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.(trend)
KARUSEL / SİYASƏT

Tarix: 15-03-2024, 09:36