mobil versiya

"Səhiyyə risk altında olanda bütün dünya riskdə olur" - ÜST rəhbəri



Səhiyyə risk altında olanda bütün dünya riskdə olur.
Bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Pandemiyanın qlobal səviyyədə geosiyasi gərginliyi artırdığının şahidi olduq. Hazırki məsələ odur ki, biz bu olanlardan dərs götürmüşük? ÜST-ə üzv olan 194 dövlət danışıqlar aparır ki, növbəti dəfə pandemiya olsa, ona qarşı necə mübarizə aparılacaq. Mühim sahələr var ki, orada konsensus hələ də əldə olunmayıb.
ÜST-ün milli suverenliyə təhdid olduğunu deyirlər . Bu tamamilə yalandır. Əgər biz pandemiya sazişini bağlama fürsətini əldən qaçırsaq nəticələri yaxşı olmayacaq”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.(trend)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-03-2024, 11:23