Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirirəm - ÜST-nin baş direktoru
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.
T.Qebreyesus bildirib ki, bütün dünya ölkələri Qoşulmama Hərəkatının təcrübələrindən öyrənə bilər.
"Qoşulmama Hərəkatı ölkələrinin kollektiv təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatına daha təhlükəsiz dünya qurmaqda kömək edir. Pandemiya ilə mübarizədə və gələcəkdə oxşar problemlərin həllində, qarşısını almaqda Qoşulmama hərəkatının rolu var. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirir, buna görə təşəkkür edirəm", - ÜST baş direktoru deyib.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
KARUSEL / SİYASƏT
Tarix: 2-03-2023, 12:23