Şəhid ailəsi üzvüləri Naxçıvandan Şuşaya yola düşüb

Martın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən 27 şəhid ailəsi üzvünün Şuşaya səfəri təşkil edilib.
Səfərdən əvvəl şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Qeyd edək ki, Naxçıvandan ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək. "Şərq qapısı" qəzetinin əməkdaşları da səfər çərçivəsində şəhid ailələrini müşayiət edirlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-03-2024, 09:13