mobil versiya

Naxçıvanda muxtar respublikanın 100 illiyi qeyd edilib



Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.
Bu münasibətlə Naxçıvanda təntənəli tədbir təşkil olunub.
Tədbirdən öncə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev sarayında davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

KARUSEL / ÖLKƏ
Tarix: 9-02-2024, 15:47