Kiberüsullarla kartlardan 93 min manat oğurlayıb
Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.
Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiberüsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.
E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 9-04-2024, 11:51