mobil versiya

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb



Vyetnamın “Petrovietnam” (PVN) neft-qaz qrupu Ronq və Bunqa Aster yataqlarında iki yeni neft və qaz yatağının aşkarlanmasını elan edib.
Vyetnamın “Zing News” informasiya portalı xəbər verir ki, Ronq yatağı 09-1 bloku dairəsində, məhz R79 quyusunda yerləşir. İlkin hesablamalara görə, neft ehtiyatlarının potensial həcmi 16,5 milyon barel təşkil edir.
Bunqa Aster yatağı PM3 CAA blokundakı BA-1X quyusuna aid edilir. Yatağın ilkin hasilat səviyyəsinin sutkada 2100 barelə bərabər olacağı təxmin edilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-05-2024, 12:56