mobil versiya

Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib



Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Nazirlər Kabinetindən bildiriblər ki, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

KARUSEL / SİYASƏT
Tarix: 7-05-2024, 17:34