mobil versiya

Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb



1995-ci ildən 2023-cü ilə qədər Latviyanın Azərbaycana investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib, Azərbaycanın Latviyaya yatırdığı investisiyanın həcmi 166 milyon ABŞ dolları təşkil edib
Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda deyib.
Nazir müavini bildirib ki , Azərbaycanla Latviya arasında münasibətlər inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi artır: "Belə ki, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 65 milyon ABŞ dolları təşkil edib, Azərbaycanın Latviyaya ixracı 64 % artaraq 45 milyon ABŞ dollarına çatıb".
Bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib ki, bunun da 4 milyon ABŞ dolları idxalın, 2 milyon ABŞ dolları isə ixracın hesabına təmin edilib.
Bu ilin fevral ayının əvvəlinə Azərbaycanda sənaye, nəgliyyat, ticarət və xidmət sahələrində Latviya kapitallı 69 şirkət qeydiyyatdan keçib. Onlardan 48-i aktiv fəaliyyət göstərir.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-05-2024, 12:10