mobil versiya

60 ildə ilk dəfə Çempionlar Liqasında çıxış edəcək



İtaliyanın "Bolonya" klubu 60 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək.
Tyaqo Mottanın rəhbərlik etdiyi kollektiv turnirin qrup mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
A Seriyasının 36-cı turunda "Atalanta"nın "Roma" üzərində qələbəsindən sonra "Bolonya"nın 5-ci pillədən aşağı düşməyəcəyi dəqiqləşib. Hazırda 3-cü olan komandanın 67 xalı var. Bununla yanaşı, Bolonya klubu ardıcıl 8 oyundur məğlub olmur. Eyniadlı şəhərin təmsilçisi ölkə çempionatında "Yuventus" (67 xal) və "Atalanta" (63 xal) ilə bürünc medallar uğrunda mübarizə aparır.
Qeyd edək ki, “Bolonya” yeddiqat İtaliya çempionudur. Klub həmçinin iki dəfə ölkə kubokunu, 1998-ci ildə isə İntertoto Kubokunu qazanıb.

KARUSEL / İDMAN
Tarix: 13-05-2024, 12:12