Gecikən krediti restrukturizasiya edilmiş sahibkara faiz subsidiyasının ödənişi dayandırılmayacaq
Prezident İlham Əliyev 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi” qaydasında dəyişiklik edib.
Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Azərbaycanda 90 gündən çox gecikən krediti restrukturizasiya edilmiş sahibkarlara faiz subsidiyasının ödənişi dayandırılmayacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-05-2024, 16:48