mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyunun 1-də saat 09:15-də Bakıdan Ağstafaya, iyunun 2-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmir yolu vağzallarının kassalarından, ADY-nin saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-05-2024, 11:08