mobil versiya

Ağırçəkili nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanlar cərimələnəcək



İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanlar cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun 7-də keçiriləcək iclasında müzakirə ediləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-06-2024, 17:59