mobil versiya

Milli Məclisin nümayəndə heyəti Belarus Milli Kitabxanasında olub




Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə  heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub. Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.
Parlament nümayəndə heyəti burada yaradılan Azərbaycana həsr olunmuş bölmə ilə də tanış olub. Milli Məclisin sədri kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında, həmçinin "Qarabağ: işğaldan əvvəl və işğaldan sonra" kitablarını hədiyyə edib.
Sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-06-2024, 10:18