Trampın gizli sülh planı ortaya çıxdı
ABŞ-də noyabrda keçiriləcək prezident seçkiləri öncəsi Respublikaçılar Partiyasının namizədi Donald Trampın Rusiya-Ukrayna savaşı ilə bağlı gizli planı üzə çıxıb.
Böyük Britaniyanın “Reuters” agentliyinin məlumatına görə, sözügedən planTrampın prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşavir olmuş Keyt Kelloq və həmin idarənin rəhbəri olmuş Fred Fleyts tərəfindən hazırlanıb.
Bu iki şəxsin hazırladığı plana görə, Tramp seçilərsə, ABŞ sülh danışıqlarına başlamaqdan imtina edən Ukraynaya silah verməyəcək. Həmçinin məlum olub ki, ABŞ Moskvaya xəbərdarlıq edərək onu sülh danışıqlarında iştirak etməyə məcbur edəcək, istədiyi cavabı almadıqda isə Ukraynaya dəstəyini artırmağa başlayacaq.
Fleytz "Reuters"-ə müsahibəsində Trampın da bu strategiyanı bəyəndiyini bildirib.
“Mən onun bu strategiyanı qəbul etdiyini və ya onun hər sözümüzlə razılaşdığını iddia etmirəm, lakin onun rəydən məmnun qaldıq”, - Fleytz deyib.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 25-06-2024, 11:00