mobil versiya

Zelenski Trampı Kiyevə dəvət etdi - Müharibəni 24 saat ərzində dayandırması üçün



Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampın “Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyi” ilə bağlı açıqlamasına münasibət bildirib.

"AzPolitika.info" xəbər verir ki, “Channel 4 News” telekanalına müsahibəsində Ukrayna dövlət başçısı Trampı Kiyevə gəlməyə dəvət edib.
"Donald Tramp, Sizi Ukraynaya, Kiyevə dəvət edirəm. Əgər 24 saat ərzində müharibəni dayandıra bilərsinizsə, məncə, bu, gəlmək üçün kifayət edər", - Zelenski deyib.
Zelenski Trampın Ukraynadakı müharibəni tez bitirmək fikrindən narahat olduğunu bildirib:" Yəni o, təkbaşına qərarlar verəcəyini deyir. Hər iki tərəfsiz, yəni bizsiz. Bu onu deməyə əsas verir ki, əgər onun heç kimin eşitmədiyi ideyası baş tutmasa o, öz ideyasını həyata keçirmək üçün hər şeyi edəcək. Bu, məni bir az narahat edir”.
KARUSEL / DÜNYA
Tarix: 20-01-2024, 12:49