Avropa İttifaqı minatəmizləmə ilə bağlı Azərbaycana əlavə 10 milyon avro ayıracaq
Bakıda Avropa İttifaqına (Aİ) Üzv Dövlətlərinin minatəmizləmə üzrə ekspertlərinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssislərinin bir araya gətirən ilk tədbiri keçirilib.
Bu təşəbbüs Avropa İttifaqının ölkədə humanitar minatəmizləmə istiqamətində aparılan işlərə dəstək vermək məqsədi daşıyan daha geniş əhatəli fəaliyyətinin tərkib hissəsidir. Aİ və onun Üzv Dövlətləri bu günədək Azərbaycanda minatəmizləmə işlərinə dəstək verən ən böyük beynəlxalq donordur. May ayının əvvəlində “Team Europe” təşəbbüsünə start verilməsi bunun bariz nümunəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 4-də Prezident Əliyevlə telefon danışığından sonra Aİ hazırda Azərbaycana partlayıcı sursatların yaratdığı böyük problemin öhdəsindən gəlməyə kömək etmək üçün əhəmiyyətli həcmdə əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır. Proqramın davam edəcəyi 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayrılması nəzərdə tutulur.
Bu baxımdan, tədbir regionda bilik mübadiləsini təmin etmək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması və fəaliyyətə başlamasına kömək etmək üçün nəzərdə tutulan silsilə tədbirlərdən birincisidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən idarə olunan Mərkəzdə xüsusi təlim vasitələrinin elmi tədqiqat və işlənmə imkanlarının olacağı, həmçinin əsas diqqət minatəmizləmə sektorunda ən son texnika və texnologiyalara yönəldilməklə yerli və beynəlxalq kadrlar üçün təlim proqramlarının təklif ediləcəyi gözlənilir. Bu yaxınlarda Bakıda Minatəmizləmə üzrə Üçüncü Beynəlxalq Konfransa ev sahibliyi etmiş Azərbaycan, BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Mükəmməllik Mərkəzi yaratmaq əzmindədir.
KARUSEL / SİYASƏT
Tarix: 26-06-2024, 15:00