mobil versiya

Bu gün 8 ölkə və 8 beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir



Minatəmizləmə texnikaları ilə bağlı 2021-ci ildən proses başlayıb, istehsaldan sonra minatəmizləmə maşınını 4 ay sınaqdan keçirilib.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“Bugünkü Revival-T və Revival P maşınları tank və piyada əleyhinə minatəmizləmədə istifadə olunur və digər texnikalardan heç də geri qalmır.
Texnikalarla yanaşı, minatəmizləmədə heyvanlardan da istifadə olunur, onlar bizim işimizin sürətlənməsinə kömək edirlər. Bu gün 8 ölkə və 8 beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu dəstək minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir”,- deyə o bildirib.


KARUSEL / ÖLKƏ
Tarix: 31-05-2024, 12:52