mobil versiya

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı məlum olub



Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

KARUSEL / ÖLKƏ
Tarix: 18-03-2024, 17:13