Minatəmizləmə layihəsi 33 minə yaxın keçmiş məcburi köçkün ailəsinin geri qayıtmasına kömək edəcək
Azərbaycan hökuməti, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) keçmiş məcburi köçkünlərin qayıdış prosesini tezləşdirmək üçün azad edilmiş ərazilərdə minatəmizləmə səylərini birləşdirir.
“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi işə salınır.
Aİ layihənin maliyyələşdirilməsi üçün 4,25 milyon avro həcmində vəsait ayırıb.
Bu gün Aİ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarını dəstəkləyən ən böyük beynəlxalq təşkilatdır.
Layihənin 33 minə yaxın keçmiş məcburi köçkün ailəsinin geri qayıtmasına kömək edəcəyi gözlənilir.
Minaların və partlamamış hərbi sursatların olması keçmiş məcburi köçkünlərin təhlükəsiz və könüllü surətdə qayıtmasına maneə törədir. Bunu nəzərə alaraq, Aİ, ANAMA və BMTİP minalara və partlamamış hərbi sursatlara qarşı cavab tədbirləri görmək üçün yeni qrupların təlimi, təchiz edilməsi və yerləşdirilməsi istiqamətində səyləri birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın istehkamçı (sapyor) dəstələrinin yaradılması nəzərdə tutulub. Bu tədbirlər, həmçinin, münaqişədən əziyyət çəkmiş rayonlarda həyat xilas etmək və icmaları bərpa etmək məqsədilə ANAMA personalı üçün strategiya və məlumatları idarəetmə üzrə təlimləri dəstəkləyəcək.(Trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-02-2023, 17:48