mobil versiya

Fotolarla qadını şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb



İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-07-2024, 12:36