mobil versiya

Qadınlara qarşı dələduzluq edənlər saxlanılıb


Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə talamaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Həmçinin, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə talamaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 25-06-2024, 13:46