Gəncədə soyğunçuluq edən qadın saxlanılıb
Gəncə sakininə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.
Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.
HADİSƏ
Tarix: 22-08-2022, 12:30