mobil versiya

Qadın əl çantasından pul götürən oğrular saxlanılıb



İyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talanması barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə DİN mətbuat xidməti xəbər yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur Məcidzadə və bir qadın saxlanılıb, digər bir nəfər isə müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 20-06-2024, 11:44