Psixi xəstəxanada xəstənin döyüldüyü təsdiqlənib
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.
O iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər.
“Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?”
Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər: “Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, “skoru” çağırmışıq gəlib aparmırlar, “skoru” deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar?
Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq”.(lent.az)
KARUSEL / HADİSƏ

Tarix: 16-08-2024, 14:10