Polis əməkdaşı qətl hadisəsinin qarşısını alıb
Yanvarın 11-də səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub.
Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 11-01-2023, 15:43