MSK seçki dairəkərində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddiaları müzakirə edib
86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
"Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".
Bundan başqa iclasda MSK 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci,120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olmuş müraciətləri də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi.(report)
KARUSEL / SİYASƏT
Tarix: 4-09-2024, 16:25