mobil versiya

Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib



Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Həniflə görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.


Bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“İqtisadiyyat naziri vəzifəsini icra edən Din Məhəmməd Hənif Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşərək iki ölkə arasında iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsini müzakirə edib”, – nazirliyin mətbuat xidməti diqqətə çatdırıb.
Qurumun məlumatında qeyd olunub ki, hər iki tərəf iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsi üçün Əfqanıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-09-2024, 09:21