mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir



Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 28-29-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafikə görə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərlər.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in rəsmi saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:30