mobil versiya

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib



“Azərbaycan Dəmir Yolları” QSC həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir. Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-07-2024, 15:54