Bayram günlərində Bakı-Ağstafa marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 12 əlavə qatar reysi təyin edib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC xəbər yayıb.
Məlumata görə, qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya yola düşəcək.
Eyni zamanda, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları sərnişinlərin istifadəsinə veriləcək.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-06-2024, 17:55