mobil versiya

İlqar Musayev: Kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, demokratik təsisatlara inamı zədələyə bilər



Kibertəhlükəsizliyin yalnız texniki məsələ olmadığını, siyasi, iqtisadi və sosial ölçülərə də sahib olduğunu qəbul etməliyik.


Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev sentyabrın 25-də Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər.
“Buna görə texniki tədbirlərlə yanaşı, qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərini əhatə edən kompleks yanaşma tərtib etməliyik. Bu gün burada hökumət nümayəndələri, diplomatlar, kibertəhlükəsizlik üzrə mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr və özəl sektorun nümayəndələri iştirak edirlər. Konfransda belə zəngin tərkibli iştirakçıların fikir və təcrübə mübadiləsi kibertəhlükəsizlik, kiberdiplomatiya sahəsində daha əhatəli və səmərəli yanaşmanın inkişafına mütləq töhfə verəcək”, - deyə İlqar Musayev əlavə edib.(azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-09-2024, 11:19