mobil versiya

“Qarabağ” - “Ayaks" oyununa 20 mindən çox bilet satılıb



UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan verilən məlumata görə, artıq matça 20 min 200 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

KARUSEL / İDMAN
Tarix: Dünən, 17:08