AFFA bu klubları cərimələyib
AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.
Reportyor.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytında yazılıb.
"Ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.
KARUSEL / İDMAN
Tarix: 19-11-2024, 13:41