mobil versiya

Prezident Buxarestdə imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolunu təsdiqləyib



Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Reportyor.az xəbər verir ki, fərmana əsasən, 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilir.
Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildirişin göndərilməsi tapşırılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-12-2024, 14:01