mobil versiya

İlham Əliyev Çinlə imzalanan memorandumu təsdiqləyib



Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

KARUSEL / SİYASƏT
Tarix: 4-12-2023, 13:36